"Hər zaman öyrənməyə hazırıq"

28 May məktəbimizdə Dövlət Müstəqilliyi gününə həsr olunmuş "Kim?, Nə?, Nə zaman?" adlı intellektual oyun keçirildi. İntellektual oyunda 8,9,10 - cu siniflərin seçmə uşaqları iştirak edirdi. İntellektual oyunda müxtəlif fənləri əhatə edən suallar tərtib olunmuş, şagirdlərimiz böyük həvəslə oyunda səsləndirilən suallara cavab verməyə çalışmışlar.
Sonda qalib komandalar müəyyənləşdirilmişdir:
10 "C", 10 "Ç", 8 "C" sinfi 11 balla III yerə
10 "A"- 14 balla II yerə
10"B" - 19 balla I yerə layiq görülmüşlər.
Məktəb rəhbərliyi qalib komandaları təbrikləmiş, onlara təhsil uğurları arzulamışdır.