“Narkomaniya bəşəriyyətin faciəsidir”

24.05.2019-cu il tarixdə N.İsmayılov adına 80 nömrəli tam orta məktəbə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin rəisi, polkovnik Eldar İlyasov, rayon İH-nin nümayəndəsi Ədalət Teymurov, Bakı şəhər Təhsil İdarəsinin təlim-tədris baş metodisti Tahirə Qədimova və Bakı şəhər narkoloji dispanserin baş həkim narkoloqu Araz Manuçeri iştirak etmişdir.Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya bəşəriyyətin faciəsidir” videoçarx nümayiş olunmuşdur. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmişdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi