Hər şeyin ibtidası tərbiyədir. (M.Ə.Sabir)

25.04.2019-cu il tarixində 162 nömrəli məktəbdə baş verən hadisə ilə əlaqədar olaraq məktəbin 9-cu siniflərində təhsil alan oğlan uşaqları ilə tədbir keçirildi. Tədbirin keçirilməsində məktəbin direktor əvəzi İ.Axundova, tərbiyə işləri üzrə direktor müavini Məlahət Məhərrəmova, çağırışaqədər ki hazırlıq müəllimi Mürsəl Qurbanov və fiziki tərbiyə müəllimi Kənan Səfərov iştirak edirdi. Tədbiri giriş sözü ilə direktor əvəzi İ.Axundova açdı. Çıxış edən hər bir müəllim şagirdlərə tövsiyə və tapşırıqlarını verdi. Şagirdlərə yaş dövrlərini nəzərə alaraq pis vərdişlərdən uzaq olmağın vacibliyindən danışdı.