Bünövrəsi əyri qoyulan evin Bir gün dörd tərəfi uçacaq yəqin. (N.Gəncəvi)

09.04.2019-cu il tarixində məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Məlahət Məhərrəmova yuxarı sinifdə təhsil alan oğlan uşaqları ilə söhbət apardı.Səbail rayonu 162 nömrəli məktəbdə olan hadisələrlə bağlı danışan Məlahət müəllim sinifdə qızlara qarşı diqqətli olmaqdan, onlara qardaşcasına yanaşmadan danışdı. Etik qaydalar çərçivəsində şagirdin şagirdə münasibətindən danışdı. Sonda söz alıb danışmaq istəyən şagirdlərə fikrini söyləmək imkanı yaradıldı.