Dünyada danışılan dil.

12.04.2019 - cu il tarixində ingilis dili fənn aylığı ilə bağlı tədbir keçirildi. Tədbir məktəbin ingilis dili müəllimi Heybətova Almaz müəllimin rəhbərliyi əsasında olmuşdur. Tədbir rəngərəngliyi ilə diqqəti cəlb etdi. Məktəbin 6 və 7-ci sinif şagirdləri sərbəst şəkildə, ingilis dilində müxtəlif illərdə məhz aprel ayının müxtəlif günlərində olan hadisələri çıxışları ilə işıqlandırmışlar. Bunlar: 12 aprel kosmonavtika günü, Aprel döyüşləri, 22 aprel- Yer günü, 23 aprel Şeksprin doğum gününə həsr olunan çıxışlar idi. Tədbirdə ingilis dilində yanıltmaclar söylənmiş, maraqlı dialoqlar tədbiri daha rəngarəng etmişdir. Sonda direktor çıxış edərək şagirdlərə gələcək təhsilində uğurlar diləmiş, keçirdiyi tədbirə görə Almaz müəllimə öz təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi