Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim.

05.04.2019-cu il tarixində məktəbin X sinif şagirdlərinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktor əvəzi İ.Axundova, çağırışa qədər hazırlıq müəllimi Qurbanov Mürsəl, məktəbin riyaziyyat müəllimi Abasquliyev Əlislam müəllim iştirak edirdi. Çıxış edən müəllimlər şagirdlərə hərbi vətənpərvərliyin mahiyyətindən danışdılar. Vətəni qorumaq, onun tarixi keçmişinə hörmət və ehtiramla yanaşmağın nə qədər vacib olması barəsində geniş məlumat verdilər.