Xarici dil fənn aylığı artıq start götürüb. Qəzetlər hazırlanır, nümunəvi dərslər nümayiş etdirilir, dərslər dinlənilir.

Məktəbin ingilis dili müəllimi Nurlana Kərimovanın 5 "C" sinfində nümayiş etdirdiyi dərs dinlənildi. Şagirdlərin fəallığı, müəllimin dərsi düzgün qurması, İKT-dən yerində istifadə etməsi dərsi daha da maraqlı etdi. Dərsdə məktəbin direktor əvəzi İlahə Axundova, təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Quliyeva, metodbirəşmə sədri R.Cəfərova, fənn müəllimlərindən G.Ağayeva və V.Kərimova iştirak edirdilər.