Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı il dönümü.

26.04.2019- cu il tarixində Nazim İsmayılov adına 80 №-li məktəbin 7 "B" sinfində görkəmli akademik, oftalmoloq, tibb səhəsinə müstəsna xidmətlər göstərmiş həkim, fədakar həyat yoldaşı və gözəl ana Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı il dönümü qeyd olunmuş və bu gözəl xanımın həyat yoluna bir daha nəzər salınmışdır. Dərsin ən yadda qalan anı həmin sinfin şagirdi Zəhra Ahmadinassabın çəkdiyi portreti nümayiş etdirməsi olub. Dərsin sonunda Zərifə xanımın həyatı ilə bağlı videoçarx nümayiş olunmuşdur.