"Tariximizi öyrənək və yaşadaq"

13.04.2019 - cu il tarixində məktəbin 5 "B" sinif şagirdlərinin "Tariximizi öyrənək və yaşadaq" adı altında Qobustan Milli Qoruğuna ekskursiyası təşkil olundu. Ekskursiya zamanı şagirdlər ulu babalarımızın yaşayış yerləri ilə tanış oldular, qədim insanların məişəti və mədəniyyəti ilə bağlı bilmədikləri maraqlı faktlarla yaxından tanış oldular. Muzeydə sərgilənən eksponatlar şagirdlərdə böyük marağa səbəb oldu. Onlar həm də qədim insanların yaşadığı məskənlər barədə verilən suallara cavab verdilər. Şagirdlərin boş vaxtlarının səmərəli keçirmək istiqamətində təşkil olunan bu tədbir onlarda dərin izlər buraxdı.