Gələcək biz gənclərindir.

16.04.2019- cu il tarixində Sabunçu Gənclər Evinin nümayəndələri: Samir müəllim, Aytən xanım və Nərmin xanım qonağımız oldu. Qonaqları məktəbin rəhbərliyi və 8 və 9-cu sinif şagirdləri qarşıladı. Məktəbin direktor əvəzi İlahə Axundova gənclərimizin asudə vaxtının düzgün təşkil olunmasında Sabunçu Gənclər evinin nə qədər böyük rolu və əhəmiyyəti olması barədə məlumat verdi. Daha sonra gələn qonaqlar Gənclər Evinin iş prinsipləri ilə şagirdləri tanış etdi. Pulsuz dərnəklərin əhəmiyyətindən və onların mahiyyətindən danışdı.