"Nağillar aləminə səyahət"

Beynəlxalq uşaq kitabı günü kitabxanada da qeyd olundu. Kitabxana müdiri Rüstəmova Lyudmila, Rəhmətova Səadət müəllim, UBTR İsmayilova Aygün müəllimin və 3-4cü siniflərin iştirakı ilə keçirilən dəyirmi masa maraqlı məlumatlarla yadda qaldı. “Nağillar aləminə səyahət“ adlı dəyirmi masada şagirdlər müxtəlif yazıçıların əsərlərindən nümunələrlə tanış oldular. Olduqca maarifləndirici və maraqlı nüanslarla xatırlanacaq tədbir şagirdlərin kitab haqqında söylədikləri aforizmlərlə sona çatdı.