“Yurdumuza bahar gəlir”

19 mart 2019-cu il tarixində Xətai rəsm qalereyasında “Yurdumuza bahar gəlir” adlı rəsm sərgisi təşkil olunmuşdu. Sərgidə rəsm əsərlərini nümayiş etdirənlər içərisində məktəbimizin VI “b” sinif şagirdi İbrahimli Turan İbrahim oğlunun da çəkdiyi rəsmlər nümayiş olunmuşdu. Onu da qeyd edək ki, Turan Azərbaycan Respublikasının tanınmış rəssamı AğaƏli İbrahimovun tələbəsidir. Balaca rəssam çəkdiyi rəsm əsərlərinə görə hər zaman diplomla mükafatlandırılmışdır.