İstedadlı şagirdlərimizlə fəxr edirik.

15 mart 2019- cu il tarixində məktəbimizdə VI “a” sinif şagirdi Əliyev Kənan Əli oğlunun rəsm sərgisi nümayiş olundu. Sərgidə şagirdin valideynləri, nənəsi, babası, eyni zamanda gözəl rəsm əsərlərinin ərsəyə gəlməsində zəhməti və əziyyəti olan Azərbaycan Rəssamlar İttifaqının üzvü gənc rəssamın müəllimi Rəsiyyə xanım Mahmudova, 4 nömrəli musiqi məktəbinin tar müəllimi Ramin Abbasov iştirak edirdi. Onu da qeyd edək ki, Kənan Əliyev incəsənətin daha bir sahəsi olan musiqi sənətinə də maraq göstərir. Balaca rəssamımız həm də gözəl tar ifaçısıdır. Sərgiyə baxış keçirməzdən öncə məktəbin direktor əvəzi İlahə Axundova balaca rəssama gələcək işlərində uğur dilədi. Tədbirdə iştirak edənlər Kənanın şəkdiyi hər bir rəsm əsərinə görə onun gələcəkdə tanınmış rəssam olmasından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi