"Yaddaşlardan silinməyən izlər"

Son illərdə Azərbaycanlılara qarşı məqsəd yönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız çox böyük itkilər vermiş və ağır günlər yaşamışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti nəticəsində minlərlə tarixi mədəni abidə, yaşayış məskəni, şəhər və kəndlər dağıdılıb viran edilmiş, əhali amansızlıqla qətlə yetirilmişdir. 1918-1920-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü bu siyasət daha da genişlənmişdir.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri də 31 Mart Azərbaycanlıların soyqırımı günüdür. Bu qanlı faciənin anım günü ilə əlaqədar olaraq məktəbimizdə dəyirmi masa keçirildi . "Dəyirmi masa" tədbirində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Quliyeva Reyhan, tarix müəllimlərindən Nurəliyev Arif, Vəliyeva Yeganə,Əhmədova Nargilə və rus dili müəllimi Nəsrullayeva Lizavetta iştirak etdilər. Sonda şagirdlər tarixi faktları özündə əks etdirən videokadrları izləyərək öz fikirlərini bölüşdülər