Ölkəmizdə təhsil sahəsində həyata keçirilən quruculuq işləri

Ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibət yaradılması məqsədilə, təhsil sahəsində fəaliyyəti daha da gücləndirmək və yeni uğurlara nail olmaq məqsədilə məktəbdə Təsil Nazirliyi nəzdində Təhsil sisteminin “İnformasiyalaşdırılması İdarəsi ilə Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi arasında bağlanmış müqaviləyə əsasən “İxtisasartırma xidmətindən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üçün IKT-nin tədris prosesində tətbiqi üzrə staj keçmə xidmətinin təşkili” IKT Mentorluq fəaliyyəti göstərilir. Məktəbimizdə IKT Mentor Xidməti göstərən Gülanə Əliyeva müəllimlərin IKT bacarıqların daha da təkmilləşdirilməsində yaxından köməklik göstərir. Mentorluq fəaliyyəti müəllimlərin dərsdə IKT-dən istifadəsi, şagirdlərin IKT bacarıqlarının dərs prosesində sərbəst istifadəsi, şagirdlərin problemin həllinə, tədqiqata, araşdırmaya yönləndilməsi dinlənilən dərslərin əsas məqsədidir.
Bu baxımdan siniflər üzrə dərslər IKT ilə təşkil olunur, dərslər şagirdlərin dünyagörüşünün formalaşmasına, IKT bacarıqlarının daha da möhkəmləndirilməsinə, gələcək nəslin təlim-tərbiyəsinə və müəllimlərin IKT bacarıqlarının təkmilləşməsinə xidmət edir. Quliyeva Reyhanın riyaziyyatdan “Vektorlar” mövzusu, Məmmədova Zəminənin Azərbaycan dilindən “Nəzakətli dovşan”, Qasımova Sahilənin “Toplama və çıxmanın qarşılıqlı əlaqəsi”, Məmmədova Nərminənin “Azotlu gübrələr”, Əliyeva Nailənin "Novruz bayramı" mövzusu ilə nümunəvi dərslər nümayiş etdirildi.
Məmmədova Mətanətin 3 “d” sinfində Həndəsi fiqurlardan aplikosiya, məzəli köpəyin hazırlanması və muncuqdan və plastilin kürəciklərindən mozaika “tovuzquşu” hazırlanması mövzularında dərslər dinlənilmişdir.