Xeyriyyəçilik insanlığın ən yüksək göstəricisidir. Əl tutmaq, Əlidən qalıb.

17 mart 2019- cu ildə məktəbimizi müxtəlif illərdə bitirən məzunlar, məktəbin təşkilatçısı Məlahət Məhərrəmova ilə birlikdə məktəbimizin evdə fərdi təhsilə cəlb olunmuş, maddi imkanları çox zəif olan X şagirdi Məmmədov Yaqubun evinə ziyarət etmiş və ona Novruz sovqatları aparmışlar. Xeyriyyə işindən məmnun qalan Yaqub və onun valideyni məktəb rəhbərliyinə, məzunlara öz dərin təşəkkürünü bildirmişdir.