Bahar, istəklimsən başdan, binadan Ən gözəl qızısan sən təbiətin !

21 mart 2019 – cu il tarixində Sabunçu rayonu çox böyük təntənə ilə Novruz bayramını qeyd etmişdir. Bayram şənliyi Bakı Gənclər evinin parkında təşkil olunmuşdu. Tədbirdə iştirak edənlər içərisində bizim məktəbimiz də vardı. Novruz şənliyinə məktəbimiz xüsusi hazırlaşmış, göz oxşayan səmənisini, müxtəlif qədim ev əşyalarını, bəzəkli xonçaları, kənd və şəhər mənzərəsini özündə əks etdirən dekoru sərgimizdə nümayiş etdirdik. Tədbirdə məktəbimizin müxtəlif siniflərində təhsil alan idmançı şagirdlərimizlə yanaşı qədim musiqi aləti olan tarda ifa edən Əliyev Kənan və şeir müsabiqəsinin qalibi Əliyeva Fatimə də iştirak etmişlər. Sərgimizə baxış keçirən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənabları məktəbimizin müəllim və şagird kollektivinin Novruz bayramı münasibətilə təbrik etmişdir.