English is fun.

6 mart 2019-cu il Bakı şəhəri Sabunçu rayonu 80 №-li məktəbdə daha yadda qalan bir gün oldu. Belə ki, məktəbin ingilis dili müəllimi Kərimova Vüsalə və balaca dilçilər həvəslə ingilis dili gecəsi keçirdilər. Tədbir möhtərəm prezident İlham Əliyevin 2019- cu ili Nəsimi ili elan etməsi ilə əlaqədar dahi şairin qəzəlləri, onun keçdiyi həyat yolu barədə məlumatla başlamışdır. 10 b sinif şagirdi Ələkbərova Leyla ingiliscə şairin “Kimə nə” “ What of it ? qəzəlini səsləndirmişdir. Tədbirdə Şekspirin, Səməd Vurğunun “Azərbaycan şeirləri xüsusi sevgiylə şagird və müəllim kollektivinə çatdırılmışdır.
5 -ci sinif şagirdləri Pakizə və Təhminin ifsanında Dahi bəstəkar Ü.Hacıbəyovun “Arşın mal alan” operattasından Telli və Vəlinin çıxışı xüsusi rəğbətlə qarşılanmışdır.
Tədbirdə ibtidailərin şeir, mahnı, tamaşayla çıxışları da valideyn və şagirdlərdə çox böyük maraq oyatdı.
Sonda məktəbin dilçi direktoru İlahə Axundova öz çıxışında tədbir haqqında öz müsbət fikirlərini söyləmiş və valideynlərə övladlarını beynəlxalq dil olan ingilis dilini öyrənməyə belə yönləndirdikləri üçün təşəkkür etmişdir və bunu balacaların uğuru kimi qiymətləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi