“ Beynəlxalq Mülki Müdafiə günü ”

1 Mart Beynəlxalq Mülki Müdafiə günüdür. Bu gün məktəbimizdə də qeyd olundu. Məktəbin dəhlizində mülki müdafiə ilə əlaqədar sərgi təşkil olundu. Məktəb rəhbərliyi və şagirdlər sərgiyə baxış keçirdilər. Sərgi nümayişi zamanı məktəbin hərbi müəllimi Mürsəl Qurbanov şagirdlərə Mülki Müdafiə ilə bağlı ətraflı məlumat verdi. Məktəbin akt zalında isə mülki müdafiəyə həsr olunmuş video-çarx nümayiş olundu. Sonda məktəbin direktor əvəzi İlahə Axundova, Mülki Müdafiə qərargahının rəisi, təlim-tərbiyə işləri üzrə direktor müavini R.Quliyeva çıxış etdilər. Çıxış zamanı mülki müdafiənin nə qədər əhəmiyyətli olmasından danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi