"Milli mənəvi dəyərlərimiz və ona münasibətimiz"

Fevral ayının 5-də məktəbin akt zalında yuxarı siniflərin oğlanları ilə "Milli mənəvi dəyərlərimiz və ona münasibətimiz" mövzusunda söhbət aparıldı. Məktəbin direktor əvəzi İlahə Axundova milli dəyərlərimizin nə qədər əsaslı və gərəkli olması barədə fikir söylədi. Şagirdlərimizdə adət-ənənələrimizə hörmətlə yanaşmanın nə qədər vacib olduğunu bildirdi.Həmkarlar təşkilatının sədri Nailə Musayeva çıxış edərək məktəb avadanlığının qorunub saxlanması məsələsinə toxundu.Şagirdlərin məktəbə doğma münasibətlərinin nə qədər vacib və əsaslı olmasını vurğuladı. Təşkilatçı Məhərrəmova Məlahət oğlan şagirdlərin sinif yoldaşlarına diqqətli və nəzakətli münasibəti barədə söhbət apardı. Davranış qaydalarına milli-mənəvi dəyərlər çərçivəsində yanaşmasını xususi vurğuladı.