Şahmat turniri.

19 fevral 2019-cu il tarixdə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə şahmat turniri keçirilmişdir. 8 nəfər qız və 10 nəfər oğlanın iştirakı ilə keçirilən turnir dairəvi sistem üzrə keçirilmişdir.
Tədbirin açılışında iştirak edən 295 nömrəli tam orta məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator - kuratoru Salman Əbdülov, Sabunçu rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
Turnirdə oğlanlar arasında I yerin qalibi məktəbimizin şagirdi Əhmədov Real olmuş, qızlar arasında III yeri Məlikzadə Elnarə tutmuşdur. Hər iki şagirdimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi