“ Bu dil bizim ruhumuz, eşqimiz,canımızdır ”

Fevralın 21- də Sabunçu rayonu N.İsmayılov dına 80 №-li tam orta məktəbin VIII ç sinif şagirdləri “ var olsun Ana dilim !” adlı dəyirmi masa keçirmişlər.
Şagirdlərdə Aysu Allahverdiyeva, Nurlan Cəbrayılzadə, Səadət Bikmətli, Nərmin Həmidov və başqaları Azərbaycan dilinin tarixindən söz açmış, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların ana dilimiz haqqındakı dəyərli kəlamlarını söyləmişlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin dil haqqında çıxışlarına həsr olunmuş slayd nümayiş etdirilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Məhərrəmova, riyaziyyat müəllimi Ulduz Bilalova, Azərbaycan dili və ədəbiyyat müəllimi Rasimə Abbasova iştirak etmişlər.