Nümunəvi dərs.

Bu dəfə növbəti nümunəvi dərs məktəbin riyaziyyat müəllimi Cabbarova Vüsalə müəllimənin oldu. 8a sinfində “Üçbucağın sahəsi” mövzüsunda keçirilən dərsi müəllim günün tələbləri səviyyəsində qurdu.Şagirdlər mövzuda motivasiyanın açılmasında fəallıq göstərdilər ki, bu da şagirdlərin fənlə bağlı biliklərinin yüksək səviyyədə olduğunu göstərdi.Dərsdə məktəbin direktoru İ.Axundova, təlim-tərbiyə işləri üzrə direktor müavini R.Quliyeva, metodbirləşmənin sədri U.Bilalova iştirak edirdi.