" İlin dövlət başçısı"

N.İsmayılov adına tam orta məktəbin VIII ç sinif şagirdləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilmiş “Mənim Prezidentim” adlı tədbir keçirmişlər.
Şagirdlərdən Aysu Haqverdiyeva, Nurlan Cəbrayılzadə, Nərmin Həmidova, Azad Rzayev cənab İlham Əliyevin haqqında danışmış, onun Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğundan, vətən üçün, xalq üçün gördüyü möhtəşəm işlərdən söz açmışlar. Tədbirdə 80 №-li məktəbin direktoru İlahə Axundova, riyaziyyat müəllimi Əlislam Abasquliyev, tərbiyə işləri üzrə direktor müavini Məlahət Məhərrəmova, Təlim- tərbiyə işləri üzrə direktor müavini Quliyeva Reyhan,Azərbaycan dili və ədəbiyyat müəllimi Rasimə Abbasova, kitabxanaçı Lyudmila Rüstəmova iştirak etmişlər. Məktəbin direktor əvəzi İlahə Axundova çıxış edərək Ölkə başçısı İlham Əliyev cənablarının Azərbaycanda təhsilin inkişafı üçün gördüyü tədbirlərdən, şagirdlərin ən müasir avadanlıqla təchiz olunmuş məktəblərdə təhsil alması, inkişaf etməsi üçün respublikada hər cür şaraitin yaradılmasından danışmış olur. Tədbirdə o da qeyd olundu ki, yanvar ayında Prezident İlham Əliyevə İlin dövlət başçısı mükafat təqdim olunacaq. Müvafiq seçim 16 bölgədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılmışdır. Tədbirlərin sonunda cənab Prezidentin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi