" Heydər Əliyevin anım günü "

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 10 b sinfində layihə dərs nümayiş etdirildi. Bu layihə dərsin önəmli olması ondan ibarətdir ki, dərs ingilis dili müəllimi İsmayılova Yaxşıxanım müəllimənin məhz ingilis dilində hazırlaması idi. Şagirdlər ingilis dilində sərbəst olaraq Ulu öndərin həyat və yaradıcılığı haqqında məlumat verdilər. 10 b sinif şagirdləri Əliyeva Leyla Ulu öndərə həsr etdiyi ingilis dilində şeirini söylədi. Layihə dərsdə məktəbin direktoru İlahə Axundova, təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Quliyeva, metodbirləşmə sədri E.Cəfərova və digər müəllimlər iştirak etdilər.