Şirin bir xatirədək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər !

12 noyabr 2018 – ci il tarixində ibtidai siniflərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin " Anım gününə" həsr olunmuş tədbir keçirildi. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videolentlər və şagirdlərin hazırladıqları divar qəzetləri
nümayiş olundu. Şagirdlər şeir parçaları və çıxışlarını təqdim etdilər. Tədbirdə məktəbimizin 10 - cu sinif şagirdi Məmmədov Məhəmmədin Heydər Əliyevin həyat və fəailiyyəti haqqında hazırladığı videorolikin təqdimatı oldu.Məktəbin direktoru İlahə Axundova mövzu ilə bağlı çıxış etdi. Tədbirin sonunda “ Heydər Əliyev və Azərbaycan ” adlı inşa müsabiqəsinin qalibləri diplomla təltif olundu.