“Biz Sizdən öyrəndik qəhrəmanlığı”

Oktyabrın 30 da Sabunçu rayonu N.İsmayılov adına 80 № li tam orta məktəbdə Nazim İsmayılovun doğum günü qeyd edilmişdir.
Tədbirin I hissəsi məktəb şagirdlərinin şəhidlər xiyabınında Nazim İsmayılovun və xalqımızın digər şəhid övladlarının məzarını ziyarəti ilə başlamışdır.
Məktəbin hərbi rəhbəri Mürsəl müəllim çıxış edərək vətən uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin əziz tutulmasının nə qədər vacib olduğundan danışmış,şagirdlərə vətəni, xalqı məhz onlar kimi sevməyi tövsiyə etmişdir. Uşaqlardan bir neçəsi çıxış edərək Azərbacana layiq vətəndaş olacaqlarına söz vermiş, şəhid məzunlarına çiçək dəstələri qoymuşlar.
Tədbirin ikinci hissəsi ibtidai sinif şagirdlərinin məktəbdə N. İsmayilova həsr edilmiş guşədə şəhidlərin,vətənimiz və xalqımız haqqında şeirlər söyləməsi ilə başlamışdır. İbtidai sinif müəllimlərimiz çıxış edərək balacalara bugün ki, xoş günlər üçün vətənin şəhid övladlarına
borclu olduğunuzdan söz açmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi