“Tarixi keçmişimizi öyrənirik”

Sabunçu rayonu N.İsmayılov adına 80 № tam orta məktəbin VI b sinif şagirdləri və məktəbin tarix müəllimi Leyla Şahverdiyevanın rəhbərliyi ilə məktəbdə keçirilən tarix və coğrafiya aylığı ilə əlaqədar olaraq Qobustan qoruq – muzeyinə ekskursiyaya getmişlər. Açıq havada yerləşən qoruq-muzeydə şagirdlər çox maraqlı eksponantlarla tanış olmuş,ulu əcdadlarımızın həyat və məişəti ilə bağlı maraqlı məlumatlar almışlar.