Şagirdimizin növbəti uğuru

"Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə ölkəmizi təmsil edən məktəblilər 02-07 oktyabr 2018-ci il tarixlərində Türkmənistan Respublikasının Avaza Milli Turizm zonasında Xəzəryanı ölkələrin məktəbliləri arasında keçirilən II mədəni-idman festivalında uğurla çıxış etmişdir. Festivalda Azərbaycan məktəbliləri ilə yanaşı Türkmənistan, Qazaxıstan, Rusiya məktəbliləri də iştirak etmişlər.Ölkəmizi təmsil edən məktəblilər festivalın proqramına daxil olan mini-futbol, basketbol (3x3), voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparmışdır.Məktəbimizin IX sinif şaqirdi Səbinə Məlikzadə milli volleybol komandasinda uğurla çıxış etmişdi.Səbinə milli volleybol komandasının üzvüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi