5 Oktyabr Beynəlxalq Müəllimlər günü

Oktyabrın 5-də N.İsmayılov adına 80№li məktəbdı Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edilmişdir. Səhər-səhər müəllimləri məktəbin musiqi dərnəyinin üzvləri musiqi sədaları altında qarşıladılar.Bundan sonra şagirdlərin hazırladıqları "Şərəfli peşənin şərəfli sahibləri " adlı tədbiri baş tutdu. Şagirdlər müəllimlərə həsr olunmuş şeirlər söylədilər,mahnılar oxudular,Ü.Hacıbəyovun "O olmasın bu olsun" ,"Arşın mal alan" operalarından səhnəciklər nümayiş etdirdilər.
Tədbirin sonunda məktəbin direktoru İlahə Axundova çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə bir daha təbrik etdi.Çətin lakin şərəfli işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi