Məktəblilər arasında müstəqillik gününə həsr olunmuş idman,resm,bilik yarışı.

11.10.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orta məktəbdə “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. 
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və Bakı səhər Gənclər və İdman Baş İdarəsinin İdman şöbəsinin məsul əməkdaşı Salman Əbdulov iştirak edirdilər. 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışında təbdir iştirakçılarını “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Rəna Fərəcova Azərbaycanda gənclər siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğunu və gənclərimizin də bu imkanlardan yararlandığını vurğuladı.

Daha sonra çıxış edən Millət vəkili Dilarə Cəbrayılova və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva dövlət tərəfindən gənlərə göstərilən diqqət və qayğıdan və bu istiqamətdə aparılan işlərdən söz açaraq, bu kimi tədbirlərin gənclərin bir fərd kimi yetişməsində mühüm rol oynadığını qeyd etdilər.20 mini –futbol komandası , 8 stet-bol komandası, 15 breyn-rinq komandası və 45 məktəblinin rəsm müsabiqəsində iştirakı ilə 09.10.2018-ci il tarixdə başlanılan yarışlar 11.10.2018-ci il tarixdə final mərhələsi ilə yekunlaşdı. Tədbirin sonunda mini-futbol yarışlarında 3- cü yeri qazanmış 307 saylı məktəbin komandası, 2-ci yeri qazanmış 67 saylı məktəbin komandası, 1-ci yeri qazanmış məktəbimizin komandası qazanmışdır.1-ci yeri 80 sayli məktəbimizin komandası qazanmışdır.Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi