Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar

"Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” 
Bu gün məktəbimizdə Şəhidlərimizin xatirəsi yad edildi. Artıq "20 Yanvar" hadisələrindən 28 il keçir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. 
Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlılarımız, öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır- işgal edilmiş Qarabağ torpaqlarımızda - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanda düşmən tapdağı altında qalmış şəhidlərimizin, ata-babalarımızın dağılmış məzarları bizlərin qan yaddaşımızdır. . Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə zəfər marşını çalacaqlar. "Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi