Ən yaxşı dərman istirahət və nəfsi saxlamaqdır

1dekabr tarixində Bakıxanov qəsəbəsindəki N.İsmayılov adına 80nömrəli tam orta məktəbin VIIÇ sinif şagirdləri biokimya fənnindəki “Dərman bitkiləri və qeyri-infeksional xəstəliklərin profilaktikası”təqdimatını keçirmişlər.Şagirdlər “Xalq təbabəti “,”Həkimlər “və “Ana təbiətin harayı” adlanan 3 qrupa bölünmüşlər.Hər qrupun adına uyğun olaraq divar qəzeti, videoçarxları,səhnəciklər hazırlamışlar.Ana təbiətin harayı qrupunun adından İbrahim Məmmədli çıxış edərək Azərbaycanın zəngin təbiəti əks olunan slayd təqdim etmiş mühiti təbiət gözəlliklərinin nə qədər mühim iş olduğunu bildirmişdir.
Xalq təbabətinin üzvləri Azərbaycanda yetişən dərmanlı bitkilərin haqqında məlumat vermiş, zəfəran, mixəy, kəklikotu, itburnu kimi bitkilərin şəfaverici xüsusiyyətlərindən danışdılar.
Həkimlər qrupunun üzvləri isə hazırki dövrdə geniş yayılan Qiçs, talasemiya və başqa qeyri -infeksional xəstəliklər haqqında məlumat vermiş, onların profilaktikasından bəhs etmişlər .
Sonra məktəbin direktoru Əlislam Abasquliyev çıxış edərək belə lahiyyələrin hazırlanmasının şagirdlər üçün əhəmiyyətindən danışmış, fənn müəllimi Nəzirə Qəhrəmanovaya və VIIÇ sinif şagirdlərinə təşəkkür etmişdilər.