Tarix-coğrafiya aylığı davam edir.

Bakı şəhəri, N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə şagirdlərin müxtəlif fənlər üzrə bilik,bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması,əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları fəaliyyəti davam edir. “Tarix-coğrafiya” fənn aylığı iş planına əsasən nümunəvi dərslər dinlənilir. 27.11.2017-ci il tarixdə 8A sinifində Vəliyeva Yeganənin Azərbaycan tarixi fənnindən – “Nadir Şah Əfşar Səfəvi dövlətinin sərhədlərini bərpa edir “mövzusu üzrə nümunəvi dərs dinlənildi. Dərsdə məktəbin direktoru,drektor müavini ,metodbirləşmə sədri iştirak edib.