17 Noyabr Dirçəliş günü ilə əlaqədar keçirilmiş sərgi

17 Noyabr Dirçəliş günü ilə əlaqədar olaraq Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin  5b sinif şagirdi  İbrahimli Turanın məktəbdə təşkil edilmiş əl işlərindən ibarət  fərdi  sərgisi keçirildi.Sərgi  tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Məlahət və təlim tərbiyə işləri  üzrə direktor müavini Aslanova Ülviyyə  tərəfindən təşkil edilmişdir. sərgidə İbrahimli Turanın müəllimi xalq rəssamı, rəssamlar İttifaqının katibi Ağəli İbrahimov da iştirak edirdi .Tədbiri məktəbin direktoru Əlislam Abasquliyev açdı,sonra söz tədbirimizin qonağı Ağəli İbrahimova verildi. Ağəlı İbrahimov Turanın istedadı barədə danışdı,Turanı sərgisi münasibəti ilə təbrik etdi və uğurlar arzuladı. Məktəbin direktoru Əlislam Abasquliyev Ağəli İbrahimovla birgə sərgini gəzdilər.Əlislam Abasquliyev məktəb adından  İbrahimli Turanı diplom ilə təltif etdi.
Sərgidə Turanın valideynləri ,yaxınları və məktəbin şagirdləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi