Bayraq mənliyimdir, bayraq kimliyim

Məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə ilə 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq silsilə tədbirlərin həyata keçirilməsi Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə də təntənəli sürətdə qeyd edildi. Məqsədimiz şagirdlərdə dövlətçiliyə maraq hissi oyatmaqdır.
"Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq- öz yurduma öz hakimliyim"
adlı müsabiqə-tədbirimiz (II-IV) ibtidai sinif şagirdlərinin hazırladıqları əl işləri sərgisi ilə başlandı. Müsabiqə üç hissədə təşkil edilmişdi. Şagirdlərimiz bayrağımızın qürur mənbəyimiz və and yerimiz olduğunu öz çıxışlarında səsləndirdilər.
Tədbirimiz üç hissədən ibarət idi. I hissə divar qəzetlərinin hazırlığı, II hissə əl işlərindən ibarət sərgi, III hissə şagirdlərin təqdimatı oldu. Şagirdlərin fəallığı, gözəl çıxışları hamını heyran etdi.
Gözəl kollektivimizə təşəkkür edirəm, ona görə ki, şagirdlərimizin vətənə, dövlətə məhəbbətin artırılmasında boyük rol oynamışlar.