"Müstəqilliyimiz əbədidir"

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Hər il olduğu kimi bu il də silsilə tədbirlər keçirilir. Belə tədbirlər Sabunçu rayonu N.İsmayılov adına 80№ tam orta məktəbdə də davam edir. IV–d sinif şagirdləri "Müstəqilliyimiz əbədidir" adlı tədbirdə Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət olduğunu vurğulamışlar. Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən , o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər keçirən cümhuriyyət olduğu əlavə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi