Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümü

Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar məktəbdə “ Sevərək yaşayanlar, Sevilərək ölənlər” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. Məktəbin direktoru Ə.Abasquliyev, hərbi rəhbər M.Qurbanov məktəbin tarix müəllimi L.Şahverdiyeva Ümumilli lider Heydər Əliyevin vətən və xalq üçün gördüklərindən, təhsil işçilərinə atalıq qayğısından danışmışlar. Ə.Abasquliyev – məktəbin direktoru təhsil və təhsil işçilərinə Ulu Öndərin qayğısından, M.Qurbanov – hərbi rəhbər gənc nəslin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyədən danışdı.Məktəbin tarix müəllimi Leyla Şaverdiyeva qeyd etdi ki, Müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm də Azərbaycanda çox şeylər dəyişib. Amma bizim üçün heç vaxt dəyişməyəcək Heydər Əliyev şəxsiyyətinə olan sevgi və hörmətdir.