Sağlam Həyat Tərzi

Məktəbdə “Sağlam Həyat tərzi” ilə əlaqədər “ Sağlam bədəndə sağlam ruh olur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri, BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin Əməkdaşı Azər Rzayev, BPİ – nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşı Məryəm xanım Ömərova iştirak etmişlər. Tədbirdə şagirdlərə “ Ən qiymətli sərvət sağlamlıqdır” fikri aşılanmış, zərərli vərdişlərin insanın sağlamlığına mənfi təsirindən söhbət getmişdir. Məktəbin müxtəlif sinif şagirdləri – idmançıların qələbələri, qazandıqları medalları nümayiş etdirməklə parad (yürüşü) təşkil edilmişdir. Sonra hər idmançı şagirdlər qarşısında çıxış edərək uğurlarından danışmışlar.Tədbirdə iştirak edən qonaqlarlar, şagirdləri maraqlandıran sualları cavablandırmışdır. Sonda mövzu ilə bağlı Avropa və IV İslam Həmrəylik Oyunları olimpiadasının səfəri - iştirakçısı məktəbin məzun şagirdi idmançı Nazim Babayev haqqında video – çarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi