“Heydər Əliyev və Müstəqil Azərbaycan”

28 Aprel 2017-ci il tarixdə 142 saylı Tam orta Məktəbdə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Tədbirdə Sabunçu rayon Müharibə, Əmək və Silahlı qüvvələr Veteranlar təşkilatının sədri Elxan Mirzəyev, 310- saylı Tam orta məktəbin tarix müəllimi Rafiq Məmmədov ,Sabunçu rayon 142 saylı Tam orta məktəbin direktoru Gülnaz Abdullayeva və Sabunçu rayon məktəbliləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi M.Rzayeva tədbirin mahiyyəti haqqında şagirdlərə məlumat vermiş və Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış olduğunu, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevirdiyini söyləmişdir.Daha sonra isə, Sabunçu rayon Müharibə,Əmək və Silahlı qüvvələr Veteranlar təşkilatının sədri Elxan Mirzəyev, 310- saylı tam orta məktəbin tarix müəllimi Rafiq Məmmədov, Sabunçu rayon 142 saylı Tam orta məktəbin direktoru Gülnaz Abdullayeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsində şagirdlərə uğurlar diləmişlər və böyüməkdə olan gənc nəslin nümayəndələri, istedadlı şagirdlərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri və Ulu Öndər Heydər Əliyevin irsini daha da dərindən öyrənmələri üçün vacib amil olduğunu vurğulamışlar. Çıxışlardan sonra isə müsbiqəyə start verilərək 45 dəqiqədən sonra münsiflər heyyəti tərəfindən müsabiqə iştirakçılarının inşa yazı işləri yoxlanmışdır. Tədbirin sonunda qaliblər elan olunaraq Gənclər və İdman İarəsinin diplomları ilə mükafatlanmışlar. Məktəbimizin 10-cu sinif şagirdi Məmmədova Tamara Eldəniz qızıda bu tədbirdə ferdlənmə diplomu ilə təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi