“Narkomaniyaya yox deyək !”

Sabunçu rayon ərazisində yerləşən 80 nömrəli tam orta məktəbdə Bakı şəhəri BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi, BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi, Sabunçu RPİ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə xidmət əməkdaşlarının və Sabunçu RPİ-nin Veteranlar Şurasının üzvlərinin iştirakı ilə 11.05.2017-ci il tarixdə “Narkomaniyaya yox deyək !” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə hökümət və qeyri hökümət təşkilatlarının nümayəndələri, məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi iştirak etmişlər.Görüşdə mövzu ilə bağlı şagirdlərlə profilaktiki – izahedici söhbətlər aparılmış, diskussiyalar keçirilmişdir, şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı təqdimatlar göstərilmişdir.