" Uşaq Hüquqlarının Pilləli Tədrisi"

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirilmiş " Uşaq Hüquqlarının Pilləli Tədrisi" kursu Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli məktəbdə də müvəffəqiyyətlə həyata keçirildi. Müəllim və şagirdlərimiz göstərdiyi fəallığa görə sertifikat və təşəkkürnamə ilə təltif olundular. "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin məktəbimizdədə həyata keçirilməsi, şagirdlərin təhsilə olan marağını daha da artırdı. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə aparatın əməkdaşları Faiq Ağayevə, Murad Babayevə, İlahə Əfqanlıya və Fəridə Həmzəyevaya təşəkkürümüzü bildiririk.