“Azərbaycan – dünyam mənim “

Bu günlərdə Bakı şəhəri Sabunçu rayon N.İsmayılov adına 80№ li tam orta məktəbdə 27.04.2017-ci il tarixində tarix müəllimi Nargilə Əhmədovanın hazırladığı “Azərbaycan – dünyam mənim “ adlı tədbir keçirilmişdir.Tədbirdə, əsasən , məktəbin VIÇ sinfinin şagirdləri iştirak ediblər. Tədbir vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin yad etməklə bağlanıb.Aparıcılar VIÇ sinif şagirdləri Allahverdiyeva Aysu, Binnətli Səadət, Siraclı Aydan vətənimizin şanlı keçmişindən söhbət açmış, tariximizin ən mühüm məqamlarından danışmışlar. Tədbirdə Azərbaycanın tarixən hansı əraziləri əhatə etdiyi,keçmişimizin qanlı səhifələri olan Gülüstan və Türkmənçay müqavilələri, ulu babamız Şah İsmayılın həyat və fəaliyyəti, ümummilli liderimiz əbədiyaşar Prezidentimiz Heydər Əliyevə dair videoçarxlar nümayiş etdirilmişdir.VIÇ sinif şagirdlərindən Hüseynzadə Nəzrinin söylədiyi “Azərbaycan – dünyam mənim” şeiri, şagirdlərdən İslamov Nihad, Həşimzadə Məleykə, Qasımov Emilin söylədiyi B.Vahabzadənin “ Gülüstan “ poemasından parçalar Babayeva Aylinin söylədiyi “ Dədə Heydər – Atatürk ! “ şeiri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.Möhtərəm prezidentimiz İlham Əliyevə həsr olunmuş “ İlhamla irəli “ Cəbrayılov Nurlan tərəfindən ifa olunmuş və böyük rəğbətlə qarşılanmışdır.Məktəbin direktoru tədbirin sonunda çıxış edərək tədbiri hazırlayanlara təşəkkür etmiş, belə tədbirlərin şagirdlərdə vətənpərvərlik tərbiyəsi, onların əsil vətəndaş kimi böyüməsinə müsbət təsir etdiyini vurğulamışdır.