“ Kiçikdən böyüyə zərərsiz enerji “

2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “ Ekoloji aylıqlar “ layihəsinə star verilmişdir. Məktəbimizdə “ Arternativ enerji “ mövzusunda ibtidai sinflərdə fəal təlimlər təşkil olunmuş və mövzu şagirdlərə daha ətraflı aşlanmışdır. Məktəbimiz Arternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə “ kiçikdən böyüyə zərərsiz enerji “ layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində məktəbdə Arternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mədbuat katibi Rübabə Qasımovanın təşkilatçılığı ilə şagirdlərə “ Arternativ enerji “ haqqında təlimlər keçirilmişdir. 11 mart tarixində məktəbimizin “ Energetiklər “ qrupu , qrup rəhbərləri-Aynur Qəhrəmanova və Könül Becanova Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə Qobustan Təlim və Tədris Poliqonuna səfər etmişlər. Səfərdə Poliqon nümayəndəsi Fəzayil Süleymanov şagirdlərə qurğuları nümayiş etdirmiş və onların işləmə mexanizmlərini öyrətmişdir. Səfərlə bağlı Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyada yayınlar edilmişdir. Şagirdlərimiz - Əliyev Yusif və Binnətli Səadət Azərbaycan Dövlət Televiziyasına müsahibə vermişlər. “ Energetiklər “ qurupumuz layihə üçün referat yazmış, buklet, divar qəzeti, rəsm əsəri, maket, enerjiyə aid himn yazmış və musiqi əsasında videoçarx hazırlanmış, qısametrajlı film çəkmişdir. Energetiklərimiz vətəndaşlarla sorğu keçirərək hazırladıqları bukletləri təqdim etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi