“Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyi”

Bakı şəhəri, N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə “Ekologiya aylığı” “Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyi” aylığı ilə əlaqədar “Ayın tədqiqatçı bioloqlar məktəbi”nominasiyası üzrə keçirilmiş tədbirdə şagirdlərin ekologiya, biologiya üzrə təqdimatları, divar qəzetləri təqdim edilmiş, sonra isə Breyn-rinqə start verilmişdir. Şagirdlər komandalara bölünmüş ( 4 komanda ) hər komandaya ad verilmişdir. Əvvəlcədən hazırlanmış suallara görə cavablar qiymətləndirilmiş və qalib komanda mükafatlandırılmışdır.