“Gənc Şairlər”

14 Aprel 2017-ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 80 №li tam orta məktəbdə, rayon məktəbliləri arasında vətəpərvərlik mövzusunda gənc şairlərin müsabiqəsi keçirilmişdir.Tədbirdə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Pərvanə Əliyeva, aparıcı məsləhətçi Rzayeva Mənzər, Qızıl Qələm Mükafatı Lauriyyatı Əliş Muxtaroğlu, Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədri Elxan Mirzəyev, 80 №li tam orta məktəbin direktoru Əlislam Abasquliyev və rayon məktəbliləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi M.Rzayeva tədbirin mahiyyəti haqqında şagirdlərə məlumat vermiş və “Vətənpərvərlik” hər bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıq, ən məşhur mənasıyla Vətənini sevmək, Vətən üçün hər cür fədakarlığı etmək hissləri olduğunu demişdir. Daha sonra isə Qızıl Qələm Mükafatı Lauriyyatı Əliş Muxtaroğlu və Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədri Elxan Mirzəyev çıxış edərək Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olduğunu söyləmişdir.Daha sonra gənc şairlər vətəpərvərlik mövzusunda yazdıqları şeirlərini səsləndirmişlər.Sonda münsiflər heyyəti tərəfindən məktəblilərin arasından seçilən ən gözəl çıxış edən gənc şairlər diplom və hədiyyələrlə mükafatlanmışlar.Məktəbimizin 6-cı sinif şagirdi Cəbrayılzadə Nurlan III-yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi