31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ.

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Fəaliyyət planına uyğun olaraq "31 Mart Azərbaycanlıların soyqırımı günüdür"mövzusunda 80№-li tam orta məktəbdə dəyirmi masa kecirilmişdir.İlk öncə Vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərin ifasında Azərbaycan Respublikasının himni səsləndi. Mövzuya aid videoçarx nümayiş etdirilmiş və ayrı-ayrı tarixlərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar haqqında geniş məruzələr dinlənilmişdir.Daha sonra 31 mart soyqırımına həsr edilmiş şeirler söylədilər.Məktəbimizin tarix müəllimləri Nurəliyev Arif,Şahverdiyeva Leyla və məktəbin direktoru Abasquliyev Əlislam müəllim dəyirmi masada cıxış etmişlər.