“Bilgəh qocalar evindən görüş”

İnsanlar yaşadıqca daha da həssas olurlar. Onlar yaşadıqları evdə uşaqlarından, qohumlarından, eləcə də ətraflarından diqqət, nəvaziş gözləyirlər. Amma heç də yaşlı insanların hamısı bu ahıl çağında istədiyi diqqət və qayğını görmür. Biz müəllim kollektivi də onlara qayğı göstərməyi özümüzə borc bildik.Martın 17-də Sabunçu rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik Fondunun"dəstəyi ilə Binə qəsəbəsində yerləşən Əmək və Müharibə Əlilləri üçün ponsionatda kimsəsiz və yaxın qohumlarının himayəsindən kənar yaşayan ahıl qocalar üçün bayram sovqatı aparıb və Novruz Bayramı şənliyi keçirdik.Şənliyi məktəbin şagirdləri və Azərbaycan dili müəllimi Rasimə müəllimə hazırlayıb.Tədbiri məktəbin direktoru Əlislam Abasquliyev təbrik sözləri ilə açdı. Orada məskunlaşmış kimsəsiz 200 qocaya bayram sovqatı müəllimlərimiz tərəfində paylanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi