“Bilik yarışı”

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu 80, 309, 67 və Xəzər rayonu 124, 181, 323 nömrəli tam orta məktəblərin 4-cü sinif şagirdləri arasında “Bilik yarışı” intellektual viktorina keçirilib.Təlim-tərbiyə işləri üzrə direktor müavini Aslanova Ülviyyə müəllifi olduğu layihə gerçəkləşdi. Bu layihənin həyata keçirilməsində böyük əməyi olan Azərbaycan Respublikası Prezidenti yanında "Bilik fondunun" icraçı direktoru Oqtay Səmədova, məktəbimizin direktoru Əlislam Abasquliyevə, iştirakçı məktəblərin rəhbərlərinə, bu işdə mənə dəstək olan həmkarlarıma,xüsusə Könül və Məlahət müəlliməyə, Almaz xanıma və İslam müəllimə dərin təşəkkürümüzü bildiririk.Viktorina Azərbaycan Respublikasının Dövlət Himniniilə başlandı.İştirakçı məktəblərin "Məktəbini tanıt" video çarxlarını balaca məktəblilər biri- birindən gözəl çıxışları ilə təqdim etdilər.Məktəblər I,II,III yerləri bölüşdülər. I yerin qalibi Sabunçu rayon 80 nömrəli məktəb,II yerin qalibi Xəzər rayonu 124 nömrəli məktəb, III yerin qalibi Sabunçu rayon 67 nömrəli məktəb oldu. Bütün iştirakçılara uğurlar arzulayırıq!