NARKOMANİYA ƏSRİN BƏLASIDIR

09.03.2017-ci il tarixində məktəbdə şagirdlərlə “Narkomaniya əsrin bəlası”mövzusunda maarifləndirici görüş keçirildi.Görüşdə Sabunçu rayon Polis idarəsinin YYCPİTB-in, polis mayoru Əli Babayev, həmin bölmənin inspektoru, polis leytenantı Aqil Xudiyev, 12-cü PB-nin baş inspektoru, polis kapitanı Ramil Hüseynov, həkim - narkoloq Vüqar Yusifov və rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov iştirak etmişlər Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur.Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə tədbir Bakı şəhəri Sabunçu rayonu Nazim İsmayılov adına 80 № li tam orta məktəbinin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.